Keçən illə müqayisədə turistlərin sayında 24,4 faiz artım olub | Banco.az

Keçən illə müqayisədə turistlərin sayında 24,4 faiz artım olub

"Keçən ilə nisbətən bu ilin son 3 ayında ölkəyə gələn turistlərin sayında 24,4 faiz artım olub". 

Bunu Əbülfəs Qarayev Azərbaycan-Avstrya Turizm proqramının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə deyib.

"Biz uzun müddətdir ki, belə göstərici əldə etməmişdik. Bu, dünya ölkələri arasında nadir hallardandır. Bayram günlərində İran İslam Respublikasından ölkəyə 65 min turist gəlib", - deyə,  nazir əlavə edib. 

Ən sərfəli kredit üçün müraciət et

Nazir qeyd edib ki, bu, həm ölkəyə gələn turistlər üçün asanlaşdırılan viza sisteminin, həm də Novruz bayramı münasibəti ilə keçirilən zəngin tədbirlərin nəticəsidir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et