Kassa çeki təqdim etməyin üstünlükləri | Banco.az

Kassa çeki təqdim etməyin üstünlükləri

Vergi sistemində aparılan islahatların əsas hədəfləri vergi uçotunun bərpası və şəffaflaşdırılması, vergidən yayınmaya səbəb olan halların qarşısının alınması üçün yeni səmərəli nəzarət mexanizmlərinin tətbiqi, eləcə də vergidən yayınma hallarına qarşı mübarizənin sərtləşdirilməsidir.

Vergi Məcəlləsində nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektləri və obyektlərində vergi ödəyiciləri tərəfindən nəzarət-kassa aparatlarının quraşdırılması vəzifələri təsbit olunub.

Kassa çekinin verilməməsinin yaratdığı məsuliyyət

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni NKA və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2.000 manat məbləğində;

 

  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4.000 manat məbləğində;

 

Ən sərfəli kredit üçün müraciət et

  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1.200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

Kassa çekinin digər qəbzlərdən fərqi

Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, NKA çeklərində aşağıdakı məlumatlar olmalıdır:

  • vergi ödəyicisinin adı;
  • VÖEN-i;
  • qəbzin vurulma tarixi və saatı;
  • obyektin adı və yerləşdiyi ünvan;
  • malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  • gün ərzində vurulmuş qəbzlərin sayı və nömrəsi;
  • nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
  • nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et