“KASKO +” sığorta paketi - Beynəlxalq Sığorta | Banco.az

“KASKO +” sığorta paketi - Beynəlxalq Sığorta

Statistikaya görə insanlar sığortalaya biləcəyi bir çox əmlakları olsa belə, onlardan ən dəyərlisini və itirilmə riski yüksək olanı sığortalayırlar. Adatən, bu avtomobildir. Digər daşınar əmlak isə məsələn, evdəki mebel, məişət avadanlığı və s. ona deyə biləcək ziyandan heç cür qorunmur.

“KASKO +” sığorta paketi avtomobili sığortalayanlara daşınar əmlaklarının sığortasını hədiyyə olaraq əldə etməyə fürsət verir. Bu sığorta paketinin şərtlərinə uyğun olaraq, müştəri sığortaladığı avtomobilin dəyərindən asılı olmayaraq, istənilən daşınar əmlaka 15 000 AZN məbləğində sığorta təminatı alır.

Misal:

Avtomobilin bazar qiyməti, AZN

Sığorta tarifi

Sığorta məbləği,
AZN

Azadolma*,
AZN

20 000

3,1%

620

100

+ Bonus: 15 000 AZN-lik daşınar əmlakın sığortası
Qeyd: sığortalının yaşı 22-dən az olduğunda – 200 AZN

“KASKO +” sığorta paketinin şərtləri:

Avtomobilin bazar qiyməti:

min. – 15 000 AZN; maks. – 70 000 AZN

İstismar qaydası:

Şəxsi məqsədlə istifadə

Sığorta ərazisi:    

Ölkə daxilində

Avtomobili istehsal etdiyi ölkə:

Xarici ölkələr (Rusiyadan başqa)

Sığorta müddəti:

12 ay

Qüvvədə olan müddət:

12 ay

Avtomobilin buraxılış ili:

2007-ci ildən başlayaraq

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az