Kasko Butikə Xoş Gəlmisiniz!!! | Banco.az

Kasko Butikə Xoş Gəlmisiniz!!!

  • Kasko Butik nədir?

 Butik deyərkən ilk ağlınıza nə gəlir? Məndə gözəl, bir brendə məxsus bir mağaza kimi assosiasiya yaradır bu söz. Kasko Butiki də məhz gözəl sığorta butiki kimi təsəvvür edin və bu butikə fiziki olaraq gəlməyə ehtiyac yoxdur. Sığortanızı onlayn rejimdə alırsınız və müqaviləniz elektron olur.  Platformaya 2222.az və ya kaskobutik.az domenlərindən istifadə edərək daxil olursunuz.

  • Neçə növ kasko məhsulu ala bilərsiniz.

Büdcənizdən, maşını istifadə məqsədindən, xaricə maşınla səfər edib etməməyinizdən asıllı olaraq, almaq istədiyiniz kaskonun xüsusiyyətləri fərqlənə bilər.  Bütün bu fərqləri görməyə sizə “Müqayisə et” bölməsi kömək edəcək.

Kasko Butik sizə  4 növ (4 ölçüdə - S, M, L, XL) məhsulları təklif edir.

Sığorta məhsulunun qiyməti  yuxarıdakı ölçülərə müvafiq olaraq, 222, 333, 444 və 555 AZN-dir.  

Sığorta təzminatının miqdarı isə yuxarıdakı ölçülərə müvafiq olaraq, 2222, 3333, 4444 və 5555 AZN-dir.

“KaskoButik”in təqdimatında verilən statistikaya əsasən, yalnız 3% hadisə halında avtonəqliyyat vasitəsinə dəyən zərər 5000 AZN-i üstələyir. Ona görə də maksimal təzminat məbləğinin 5555 AZN seçilməsi narahatlıq doğurmalı deyil.

Təqdimat gecəsi ilə bağlı buradan oxuyun: Xəyal Məmmədxanlı: "Müştərilərin razı qaldığı sığorta şirkətlərini seçmişik"​

Sığortanı necə alırıq?

Təsəvvür edin ki siz, M ölçülü kasko alırsınız.  Əvvəlcə həmin məhsul üzərində klik edirsiniz və qarşınızda http://2222.az/packet/1 səhifəsi açılır. Ekranın sol tərəfində polisin əhatə etdiyi sığorta hadisələrini görürsünüz. Sağ tərəfində sizə aid məlumatları doldurursunuz və qiymətlə tanış olursunuz.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta ödənişlərini hissə-hissə etmək də mümkündür.

Yəni 333 manatı  111 manatlıq hissələrlə 3 dəfəyə ödəyə bilərsiniz.  (bunun üçün tam və ya hissəvi ödəniş etməli oduğunuzu seçirsiniz).

Sonda ödənişi onlayn rejimdə və ya Expresspay terminalı vasitəsi ilə etmək istədiyinizi seçə bilərsiniz.

 

  • Sığorta hadisəsi baş verərsə ...

Əgər dəymiş zərərin miqdarı 1000 AZN-ə qədərdirsə, sənəd tələb etmədən ödənişlər edilir.

Əgər kompensasiya məbləğində razısınızsa və bank hesabınız varsa 59 dəqiqə ərzində təzminatınızı alırsınız.  Avtomobilsiz qaldığınız müddətdə, kaskonun növündən asılı olaraq, taksi xərcləriniz 120 AZN-ə qədər qarşılanır. 

Kasko Butik avtomobilinizin rəsmi servis mərkəzində təmirinə təminat verir.

  • Haradan məlumat almaq olar? Təcili hallarda necə əlaqə saxlamaq olar?

Məhsulla daha yaxşı tanışlıq və almaq üçün 2222.az  (kaskobutik.az ) platformasına daxil olun.

*2222-yə zəng etməklə suallarınıza cavab ala bilərsiniz.

Həmçinin 2222.az (kaskobutik.az ) platforması üzərindən internet zəngi etmək mümkündür. Tamamı ilə ödənişsiz.

Həmçinin facebook üzərindən  Kaso Butik səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.