Xəyal Məmmədxanlı: "Müştərilərin razı qaldığı sığorta şirkətlərini seçmişik" | Banco.az

Xəyal Məmmədxanlı: "Müştərilərin razı qaldığı sığorta şirkətlərini seçmişik"

2017-ci ilin Noyabrın 15-də. təqdimat öncəsi dəvətnamələri ilə sosial şəbəkəni yaxşı mənada silkələmiş “KaskoButik”in təqdimatı baş tutdu, düzdür tədbirdən sonra baş verən zəlzələ əhalinin şəbəkədə olmayan qismini də silkələdi.

  KaskoButuk – onlayn şəkildə öz “ölçününüzə”, başqa sözlə parametrlərinizə uyğun kasko ala biləcəyiniz onlayn platformadır.  Bu bir sığorta butikidir  və siz orada 4 ölçüdə məhsul ala bilərsiniz, layihənin maliyyə qarantiyasını isə 6 sığorta şirkəti – A Qroup Sığorta,  Günay Sığorta, AtaSığorta, AZSığorta, Atəşgah Sığorta və Qala Sığorta təqdim edir, onları bir yerə toplayan isə ZamanBrokerdir.

KaskoButik – bank hesabınız olduğu və zərərin məbləğində razılaşdığınız halda kompensasiya ödənişini 59 dəqiqəyə ala biləcəyinizə dair zəmanət verir.

Daha çox ehtiyatlı sürücülər üçün nəzərdə tutulub və standart sığorta məhsulları ilə müqayisədə 700 AZN-ə qədər qənaət etmək imkanı verəcək. Həmçinin kasko sahiblərini qəza anında sənəd axtarışından xilas edəcək və avtomobilə dəyən zərər aradan qalxdığı müddətdə müştərilərin taksi xərclərini də qarşılayacaq.  Daha ətraflı məlumatı 2222.az platformasından əldə etmək olar. *2222 həm də sığorta dəstəyi xidmətinin qaynar xəttidir.  

Təqdimatdan dərhal sonra, tədbirin əsas səbəbkarı Xəyal Məmmədxanlının fikirlərini isti-isti öyrənməyə çalışdıq:

  • Xəyal bəy, sizcə təqdimat necə keçdi, təəssüratlarınız necədir?

Hər şey gözəl keçdi, bircə internet problemi olmasa idi. Məqsədimiz onlayn rejimdə sığortanın alınmasını göstərmək idi. Öz avtomobilim üçün sığorta alacaqdım ki, siz də bu prosesi əyani görəsiniz. İnternet bizi bir az məyus elədi, amma qalan hər şey əladır.

  • Bu butikdə alınan sığortanın zəmanətçisi kim olur, KaskoButik ya 6 şirkət?

Sığorta zəmanətini, maliyyə baxımından 6 şirkət verir. Amma xidmətin keyfiyyətinə, bütün prosedurların şəffaflığına, o cümlədən ödənişlərin həyata keçiriləcəyinə KaskoButuk zəmanət verir. Amma maliyyə zəmanəti 6 sığorta şirkəti tərəfindən təqdim olunur.

Ən sərfəli kredit üçün müraciət et

  • Qeyd olunan 6 şirkətin seçim meyarları hansı idi?

Biz sadəcə bütün sığorta şirkətlərinə bir-bir təqdimat etmişik. Özümüz də öncədən 6 və ya 7 şirkət ilə çalışmağı məqsəd qoymuşduq ki,  administrativ işlər də rahat olsun.  Bazarda innovativ texnologiyalara meylli olan, müştərilərin razı qaldığı sığorta şirkətlərini seçmişik. Müştəriləri daha çox narazı qalan şirkətlər bizim portfeldə yoxdur.

  • Gələcəkdə bu sığorta şirkətlərinin sayının artma ehtimalı varmı?

Bu mümkündür, əgər növbəti şirkət bu məhsula qoşulmaq istəsə təbii ki, qoşula bilər. Amma yəqin ki, giriş üçün müəyyən haqq ödəməli olacaq. Bu günə qədər bu məhsulun ortaya çıxmasına çox ciddi vəsaitlər sərf olunub. İndiki mərhələdə KaskoButikdə təmsil olunan şirkətlər tamamı ilə ödənişsiz iştirak edir. Amma bundan sonrakı mərhələdə bizə qoşulmaq istəyən şirkət təbii ki. müəyyən bir xərc ödəməli olacaq.

  • Nəyə görə sığorta butiki deyil, kasko butik, niyə kasko ilə məhdudlaşırsınız?

Hazırkı layihə Kasko ilə bağlıdır. Biz Azərbaycanda kasko sığortası ilə bağlı vəziyyətin ildən ilə pisləşdiyini gördük. Bazar üzrə rəqəmlər keçilməkdədir və ona görə bu kasko bazarına canlanma gətirmək, onu bir az dirilmək istədik.

Amma, təxminən 3 ay sonra sizi yeni bir təqdimata dəvət edəcəyik. Orada artıq 6 sığorta məhsulunu bu formada onlayn platformadan əldə edəcəksiniz.  Həmin layihə digər sığorta növlərini əhatə edir və orada təminatçı qismində bir deyil,  Azərbaycanın bütün sığorta şirkətləri iştirak edəcək. Müştəri sığorta şirkətinin reytinqinə və qiymətinə görə istədiyi məhsulu seçə biləcək. Üç aydan sonra həmin təqdimat baş tutacaq.

  • Təşəkkürlər və uğurlar.

Ən sərfəli krediti almaq üçün müraciət et