Karyera yüksəlişinə necə nail olmalı? | Banco.az

Karyera yüksəlişinə necə nail olmalı?

Bütün günü işləyirsiz, amma rəhbərlik bunun fərqində deyil.  Depressiyaya düşməyə tələsməyin, bu məsələnin həlli çox asandır.

Karyera yüksəlişi dedikdə nə başa düşülür? Bu sadəcə fəaliyyət göstərdiyiniz sahə üzrə yüksəlmək deməkdir?

Banco.az xəbər verir ki, təkcə fəaliyyət göstərdiyiniz sahədə deyil, eyni zamanda iş fəaliyyətiniz zamanı əldə etdiyiniz təcrübə, biliklər və məsuliyyət artımının növbəti pilləsinə keçmək deməkdir. Vəzifə artırsa, deməli maaş artımı ilə yanaşı əlavə öhdəliklərin də, üzərinizə düşücəyini bilməlisiz. Belə ki, vəzifə yüksəlişi və maaş artımı sizin uğur indikatorunuzun göstəricisi olaraq, artıq sizi qiymətli işçi kimi müəyyən edir. 

Həmçinin oxu: 30 yaşlarında uğurlu karyera qurmuş 6 insan

İdeal olaraq - maaş, vəzifə və öhdəliklərinizin eyni zamanda artması daha yaxşı olardı. Amma buna, baxmayaraq, heç kəsin sizin bacarığınızın fərqinə varmağını gözləməyin. Öz üzərinizdə çalışın və bu biliklər sizə, hədəf kimi müəyyən etdiyiniz vəzifəyə doğru irəliləməkdə yardımçı olacaq. Düzdür, məhz indi və bu an, rəhbərinizi, sizi yeni vəzifəyə təyin etməyə məcbur edə bilməzsiniz, amma bu prosesin tezləşməsinə təkan vermək gücünə malik ola bilərsiniz. 

Bəzən çox uzun müddət karyeramızda, yüksəlişi gözləməklə keçiririk. Bu zaman səhvlər axtarmağa başlayırıq və ilk olaraq; Bəlkə mən səhv edirəm?

Bu qəlibdən olan suallar demək olar ki, əksəriyyətimizə məlumdur. Bəzən, yalnız istək ilə hər hansı uğurlu nəticə sahibi olmaq mümkün deyil. 
İlk olaraq, rəhbəriniz ilə danışmağa çalışın. Onun, sizin vəzifə yüksəlişi ilə bağlı olan məqsədlərinizdən heç xəbəri olmaya bilər. Daha yüksək pozisiyanı əldə etmək üçün hansı biliklərə yiyələnməyi, sizdən daha təcrübəli insandan öyrənməniz daha yaxşı olardı. Məsəl üçün, siz marketoloq kimi çalışırsınız, lakin məqsədiniz marketinq şöbəsinə rəhbərlik etməkdir. Bu zaman yeni işguzar danışıqların aparılması və strategiyanın qurulması kimi bacarıqlara malik olmanız şərtdir. Bu səmtdə üzərinizdə işləyin və nəticə sizi sevindirəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Karyera nədir?


Daha təcrübəli şəxslərdən məsləhət almağa, çəkinməyin

İş mühiti insana əksər komplekslərindən uzaqlaşaraq, daha yaradıcı olmağa imkan verir. Daha çox iş təcrübəsinə malik insanlardan, məsləhət almağa çəkinməyin. Onları uğura gətirən yollar - kitablar, proqramlar, vebinarlar və sairə barədə, söhbət əsnasında məlumat almağa çalışın. Maraqlı və çətin keyslərin öhdəsindən, necə gəldiklərini öyrənərək, öz işinizdə tətbiq edin. 

Bacarıqlarınızın auditini təşkil edin 

Arzu etdiyiniz vəzifəyə sahib olmaq üçün, həmin pozisiya öhdəliklərinə nəzər salaraq, fəaliyyətiniz zamanı əldə etdiyiniz təcrübə və uğurlarınızın siyahısını tərtib edin. Müqayisəni, tam şəffaf şəkildə aparaq, üstün cəhətlərinizi vurğulayın. Müəyyən boşluqları isə, yeni bilgilərin vasitəsi ilə bir müddət sonra bacarıqlarınız siyahısına əlavə etməyə çalışın. Bunun üçün siz internet üzərindən vebinarlar, kurslar və kitablardan belə istifadə edə bilərsiniz. 

Uğurlarınızın yegəni memarı və dəstəkçisi sizsiniz, bu yolda əsla dayanmadan çalışmağa davam edin. 

Ən sərfəli krediti almaq üçün müraciət et