Kart prosessinq mərkəzləri hansı banklarla işləyir? | Banco.az

Kart prosessinq mərkəzləri hansı banklarla işləyir?

Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus olan “AzeriCard”ın 1996-cı ildə ölkədə ilk prosessinq təşkilatı kimi əsası qoyulmuşdur. 1997-ci ildə Qafqaz regionu və Orta Asiyada debet/kredit kartlarının xidmət olunması üçün “AzeriCard” prosessinq təşkilatının qurulması başlanmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” prosessinq təşkilatı 03 yanvar 2005-ci il tarixində yaradılaraq istismara verilmişdir. 14 iyul 2006-cı il tarixində 18 bankın təşəbbüsü ilə “MilliKart” MMC təsis edilmişdir. Bankın təsisçiləri aşağıdakı banklardır:

05 may 2009-cu il tarixində “Kapital Bank” ASC-yə məxsus ödəniş kart bazası və ekvayrinq şəbəkəsi “Azəricard” MMC-dən “KapitalKart” daxili prosessinq sisteminə miqrasiya edilmişdir. “KapitalKart” hazırda yalnız “Kapital Bank” ASC-yə xidmət göstərir. Bu prosessinq sistemi “Kapital Bank” ASC tərəfindən idarə edilir və Visa və MasterCard beynəlxalq kart təşkilatları tərəfindən tam şəkildə sertifikatlaşdırılıb.

AzeriCard

Paşa Bank

Xalq Bank

Bank Standard

Bank Respublika

AGBank

Bank Avrasiya

Bank of Azerbaijan

Nikoil Bank

Parabank

TuranBank

Gəncəbank

Amrahbank

Bank VTB Azərbaycan

Muğanbank

AtaBank

United Credit Bank

AFB Bank

Bank Silk Way

DekaBank

Azərbaycan Kredit Bankı

NBC Bank

Qafqaz İnkişaf Bankı

AtraBank

MilliKart

AccessBank

Unibank

Bank of Baku

Expressbank

Zaminbank

KredoBank

Azer-Türk Bank

Azərbaycan Sənaye Bankı

DəmirBank

KapitalKart

Kapital Bank

Yapı Kredi Bank

Yapı Kredi Bank Azərbaycan

Ən sərfəli kredit üçün müraciət et