Karantin rejimi uzadılacaq? - AÇIQLAMA | Banco.az

Karantin rejimi uzadılacaq? - AÇIQLAMA

Sərt karantin rejimi başlamazdan öncə ailələr arasında yoluxma ocaqlarının ləğvi zaman tələb edir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, yoluxma ilə sağalanlar arasında fərqi stabilləşdirmək üçün karantin rejiminin tətbiqi qaçılmaz idi: “Virusla nə qədər müddət birlikdə yaşayacağımızı bilmirik. Vətəndaşlara doğru və keyfiyyətli tibbi xidmət göstərmək, eləcə də çarpayı sayından düzgün istifadə üçün karantin rejimi barədə qərar verilib. Epidemioloji təhlildən sonra iyulun 20-dən sonra qərarın yenidən uzadılıb-uzadılmaması barədə məsələ müzakirə oluna bilər”.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et