Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I rübünü 123,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 4 milyard 638 milyon 586 min manat məbləğində nizamnamə kapitalının 2,7%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 21 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 21,1%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "PAŞA Bank" ASC tutub. Bank ötən rüb nizamnamə kapitalının 10,7%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "PAŞA Bank" kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 3-cüdür.
Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 10,5%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, ölkədə liderdir.
Mənfəətlə işləyən qalan 18 bankdan 8-də sözügedən göstərici 1-10% arasında, 2 bankda 1%, 8 bankda isə 0-1% arasında dəyişir.
|
№ |
Bankın adı |
Bankın rüblük mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
|
1 |
Kapital Bank |
21,1% |
|
2 |
PAŞA Bank |
10,7% |
|
3 |
Azərbaycan Beynəlxalq Bankı |
10,5% |
|
4 |
Unibank |
5,4% |
|
5 |
Azərbaycan Sənaye Bankı |
5,3% |
|
6 |
Xalq Bank |
3,2% |
|
7 |
Rabitəbank |
3,2% |
|
8 |
Yapı Kredi Bank Azərbaycan |
3,0% |
|
9 |
Premium Bank |
2,9% |
|
10 |
Zıraat Bank Azərbaycan |
1,9% |
|
11 |
Naxçıvan Bank |
1,6% |
|
12 |
Bank Respublika |
1,0% |
|
13 |
Express Bank |
1,0% |
|
14 |
Nikoyl Bank |
0,9% |
|
15 |
Azər-Türk Bank |
0,8% |
|
16 |
Günay Bank |
0,6% |
|
17 |
Bank VTB Azərbaycan |
0,5% |
|
18 |
AFB Bank |
0,2% |
|
19 |
Turan Bank |
0,2% |
|
20 |
Atabank |
0,1% |
|
21 |
Bank Avrasiya |
0,0% |
|
22 |
AGBank |
-0,5% |
|
23 |
NBC Bank |
-0,9% |
|
24 |
Pakistan Milli Bankı - Bakı |
-1,2% |
|
25 |
Bank BTB |
-4,0% |
|
26 |
Amrah Bank |
-4,3% |
|
27 |
İran Milli Bankı - Bakı |
-11,7% |
|
28 |
Muğan Bank |
-14,0% |
|
29 |
Bank of Baku |
-14,7% |
|
30 |
Access Bank |
-28,8% |
Renkinq.az
