Bakı Fond Birjasında (BFB) «Kapitalbank»ın səhmləri üzrə insayder əqdi bağlanıb. Məlumata görə, Söhbət «Kapitalbank»ın nizamnamə kapitalının artırılması məqsədilə səhmlara təklif olunan imtiyazlı səhminin satışından gedir. Səhmlərin əksər hissəsini «Paşa Holdinq» alıb. Digər hissəsini isə digər səhmdlar əldə ediblər.
Əqdə uyğun olaraq «Kapitalbank»ın hər birinin qiyməti 12,39 manat olan 1 milyon 614 min 205 səhmi satılıb.
Əqdin ümumi məbləği 19 milyon 999 min 995 manat olub.
Beləliklə, «Kapitalbank»ın «Paşa Holdinq»ə məxsus olan səhmlərinin sayı 16 milyon 592 min 917 olub.
fed.az