"Kapital Bank"ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov Bankın İH sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib.
Bu barədə "Banco.az" Banka istinadən xəbər verir.
F.Hüseynov yeni vəzifəsində "Kapital Bank"ın daxil olduğu "PAŞA Holdinq"in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirən Fərid Məmmədovu əvəz edib.
Bundan başqa, Nahid Zeynalov "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Bankın Baş İnformasiya İnzibatçısı təyin olunub.