Müəllif: Gülnar Əhmədli, Banco.az
"Kapital Bank"ın xalis mənfəəti cari ilin 1 oktyabr tarixinə 166 milyon 73 min manat təşkil edib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ilin sentyabrın sonuna "Kapital Bank"ın aktivləri illik müqayisədə 1 milyard 817 milyon 864 min manat və ya 21,5% artaraq 10 milyard 277 milyon 304 min manata çatıb.
9 ayda "Kapital Bank"ın kredit portfeli 5 milyard 114 milyon 906 min manat, depozit portfeli isə 7 milyard 937 milyon 697 min manat olub. Bunlar da 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,2 milyard manat (30,6%) və 1,5 milyard manat (22,4%) çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!