“PAŞA Həyat Sığorta” ASC-nin yeni yaradılmış Satış kanalları və marketinq Departamentinə direktor təyin edilib.
Bu vəzifəyə Vüsal Nağıyev gətirilib.
O, bundan əvvəl “Kapital Bank” ASC-nin Satış kanalları Departamentinin direktoru olub.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
"Kapital Bank" isə 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.
Mənbə: Report.az