Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 171,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 4 437,7 milyon manat məbləğində nizamnamə kapitalının 3,9%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ilin ilk 9 ayından mənfəətlə çıxmış 24 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 34,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank yanvar-sentyabrda nizamnamə kapitalının 27,1%-i qədər mənfəət əldə edib. Baxmayaraq ki, "Unibank" kapitalının məbləğinə görə, ölkədə 9-cu bankdır.
3-cü yerə isə 26,9%-lik göstərici ilə "Premium Bank" ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, 30 bank arasında 11-ci yerdə qərarlaşıb.
Mənfəətlə işləyən qalan 21 bankdan 3-də sözügedən göstərici 10-26% arasında, 13 bankda 1-10% arasında, 5 bankda isə 0-1% arasında dəyişir.
|
№ |
Bankın adı |
Bankın 9 aylıq mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
|
1 |
Kapital Bank |
34,5% |
|
2 |
Unibank |
27,1% |
|
3 |
Premium Bank |
26,9% |
|
4 |
Azərbaycan Beynəlxalq Bankı |
25,7% |
|
5 |
PAŞA Bank |
15,1% |
|
6 |
AFB Bank |
10,6% |
|
7 |
Xalq Bank |
8,0% |
|
8 |
Azərbaycan Sənaye Bankı |
7,8% |
|
9 |
Naxçıvan Bank |
6,5% |
|
10 |
Bank of Baku |
5,9% |
|
11 |
Bank Avrasiya |
5,4% |
|
12 |
Yapı Kredi Bank Azərbaycan |
4,9% |
|
13 |
NBC Bank |
4,6% |
|
14 |
Bank BTB |
3,3% |
|
15 |
Zıraat Bank Azərbaycan |
3,2% |
|
16 |
Günay Bank |
2,9% |
|
17 |
İran Milli Bankı - Bakı |
2,4% |
|
18 |
Express Bank |
2,3% |
|
19 |
Bank Respublika |
1,7% |
|
20 |
Muğan Bank |
0,8% |
|
21 |
Rabitəbank |
0,5% |
|
22 |
Azər-Türk Bank |
0,2% |
|
23 |
Turan Bank |
0,1% |
|
24 |
Atabank |
0,1% |
|
25 |
Pakistan Milli Bankı - Bakı |
-0,7% |
|
26 |
AGBank |
-5,9% |
|
27 |
Access Bank |
-8,4% |
|
28 |
Amrah Bank |
-25,8% |
|
29 |
Nikoyl Bank |
-27,0% |
|
30 |
Bank VTB Azərbaycan |
-79,4% |
© Renkinq
