Satış (Kredit) bölməsinin mütəxəssisi (Quba, Ağdam, Astara, Ağcabədi, Beyləqan, Yevlax)
Kapital Bank peşəkarlar komandasında çalışmaq istəyənləri müvafiq vakansiyalara müraciət etməyə dəvət edir. Dinamik mühitdə maraqlı və perspektivli iş əldə etmək istəyənlər bi təklifi dəyərləndirə bilər.
Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı filiallara Satış bölməsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Quba, Ağdam, Astara, Ağcabədi, Beyləqan, Yevlax
Öhdəliklər
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
- Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;
Tələblər
- Ali iqtisadi və ya riyazi təhsil
- Analitik düşüncə
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Kredit şöbəsi" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!
Nümunə: Gəncə - Kredit şöbəsi