Kapital Bank-ın kredit və depozit portfeli artıb | Banco.az

Kapital Bank-ın kredit və depozit portfeli artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kapital Bank-ın xalis mənfəəti cari ilin 1 oktyabr tarixinə 182 milyon 12 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, 2022-ci ilin müvafiq dövründə Bankın mənfəəti 210 milyon 609 min manata bərabər olub.

Bu ilin yanvar-sentyabr aylarında Bankın aktivləri illik müqayisədə 737 milyon 977 min manat və ya 9,5% artaraq 8 milyard 459 milyon 440 min manata çatıb.

Kapital Bank-ın kredit portfeli 30 sentyabr tarixinə 3 milyard 916 milyon 565 min manat, depozit portfeli isə 6 milyard 483 milyon 96 min manat olub. Bunlar illik müqayisədə müvafiq olaraq 21,1% və 4,8% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et