Kapital Bank haqqında bilməli olduğunuz 10 fakt
- Adından dolayı bəzən insanlar “Kapİtal Bank” ASC-nın Paşa Holdinqə məxsus olduğunu unudur. Bankın səhmlərinin 99,87%-I holdinqə, 0,13 faizi isə fiziki şəxslərə məxsusdur.
- Kapital Bank 92 filial və 6 şöbə ilə Azərbaycanın xidmət şəbəkəsinə görə ən böyük bankıdır. 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir.
- Kapital Bank özünü Azərbaycanda ilk kassası 1874-cü ildə yaradılan Əmanət Bankının hüquqi varisi hesab edir. Buna görə də bank özünü Azərbaycanın ən yaşlı banklarından biri sayır. Beləliklə Bankın 142 yaşı var.
- Digər tərəfdən isə Bank əslində AR Nazirlər Kabinetinin 21 fevral tarixili qərarı ilə 2000-ci ildə Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət Bankının birləşməsi nəticəsində yaranıb və ilk adı Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) olub.
- Kapital Bank adı isə daha gəncdir. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alınıb. 2005-ci ildən bəri banl “Kapital Bank adı ilə tanınır.
- 2005-ci ilə qədər dövlət bankı olan Kapital Bank, özəlləşdirməyə doğru gedir. 2005-ci il 1 mart tarixli 205 nömrəli Fərmanına uyğun olaraq, "Kapital Bank" ASC-nın nizamnamə kapitalının əlavə səhm emissiyası hesabına iki dəfə artırılması barədə qərar qəbul edilib. Ilkin mərhələdə bankda dövlət iştirakının payı 100%-dən 50%-dək azaldılıb.
- Bankın tam özəlləşməsinin başa çatması 2008-ci ilə təsadüf edir. Dövlətə məxsus son səhmlərin 10 faizinin fiziki şəxslərə, 85 faizinin hüquqi şəxslərə hərrac vasitəsi ilə satılması ilə özəlləşmə yekunlaşıb.
- Kapital Bankın 15.000.000 ədəd səhmi var və hər birinin nominal dəyəri 12,39 manatdır.
- Bankın beynəlxalq reytinqi Standard and Poor's tərəfindən müəyyən edilir: Xarici valyutada olan depozitlərin uzunmüddətli reytinqi “Ba3”, manatla qısamüddətli reytinqi “NP” və maliyyə dəstəyi reytinqi “E+” səviyyəsindədir.
- Kapital Bank son üç ilin ən çox mənfəət əldə edən və mənfəət vergisi ödəyən bankıdır.
Könül Soltanova, Banco.az