“Kapital” Bank ASC Monitorinq və Nəzarət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Banco.az portalı olaraq, vakansiya üzrə müəyyən olunmuş öhdəliklər, tələblər və xüsusi bacarıqlar barədə məlumatı sizin diqqətinizə çatdırırıq:
Öhdəliklər:
- Gündəlik iş rejiminə nəzarət;
- Filialın qəbul olunmuş standartlara nə dərəcədə uyğunluğunu yoxlamaq;
- Filialın əməkdaşlarının geyim formasına, müştərilərlə davranışına, səliqələrinə və ümimiyyətlə kadrların standartlarımıza uyğunluğunu yoxlamaq;
- KPİ-a düzgün əməl olunmasına nəzarət etmək (planların icrasına və s.);
- Filiala dair Mərkəzi Bankın tələblərinə əməl olunmasını yoxlamaq;
- Filialda əməliyyat riski yarada biləcək və insan faktoru ilə bağlı olan prosedurları yoxlamaq;
- Digər nəzarət funksiyalı (Risk, Komplayans və s.) departamentlərlə əlaqəli işləyərək, onların təyin etdiyi risklərə, səhvlərə bir daha yol verilməməsi üçün nəzarət sisteminə filiallar tərəfindən əməl olunmasına çalışmaq və s.
Tələblər:
- Ali İqtisadi və ya Hüquqi təhsili;
- Filial sahəsində minimum 2 il təcrübə;
- Bank qanunvericiliyini bilən;
- Monitorinq üzrə təcrübəli;
- Filialıdaxili prosesleri bilən;
- MS Office-dən istifadə bacarığı;
- Azərbaycan dilinin biliyi mükəmməl;
- ingilis və rus dillərinin biliyinə üstünlük verilir;
- Regionlara ezam oluna bilen;
Xüsusi bacarıqlar:
- Zirək və ünsiyyətcil;
- Məsuliyyətli və dəqiq;
- Komanda işini bilən.
Vakansiya üzrə müraciət etmək istəyən namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində "Monitorinq və Nəzarət şöbəsi” qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər. Son müraciət tarixi 15 avqust 2014-cü ildir.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs