Müəllif:Mehin Qasımova,Banco.az
Kanada Ukraynaya əlavə 1,8 milyard dollar yardım ayıracaq.
Banco.az xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni ölkəsinin Ukraynanın yenidənqurma səyləri üçün əlavə 1,8 milyard ABŞ dolları iqtisadi dəstək verəcəyini açıqlayıb.
Bu dəstək ölkənin yenidən qurulması üçün Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər qurumlardan maliyyələşdirmənin təmin edilməsinə kömək edəcək.
Karni ədalətli və davamlı sülhə nail olmaq üçün şərtlərin mövcud olduğunu, lakin Rusiyanın da buna "hazır" olması lazım olduğunu bildirib.
Zelenski həmçinin Kanadaya dəstəyinə görə təşəkkür edərək bildirib ki, Rusiyanın ölkəsinin sülh səylərinə hücumlarla cavab verir.
