Kanada Mərkəzi Bankı faiz endirimlərinə davam edib | Banco.az

Kanada Mərkəzi Bankı faiz endirimlərinə davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı proqnozlara uyğun olaraq faiz dərəcəsini 50 baza bəndi azaldıb.

Banco.az xəbər verir ki, Kanada Bankı (BoC) faiz dərəcələrinin aşağı salınma sürətini artıraraq pandemiyadan sonrakı yüksək inflyasiya dövrünün başa çatdığına işarə edib.

BoC Qubernatoru Tiff Maklemin başçılıq etdiyi siyasətçilər uçot dərəcəsini 50 baza bəndi azaldaraq 3,75 faizə endiriblər. Bu, 2020-ci ilin mart ayından bəri borclanma xərclərindəki ən böyük azalma olub.

Proqnozlara paralel reallaşdırılan faiz qərarı iqtisadi artımı stimullaşdırmaq və inflyasiyanı 2 faizlik hədəfə yaxın saxlamaq məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram