Kanada Mərkəzi Bankı faiz artımı edib | Banco.az

Kanada Mərkəzi Bankı faiz artımı edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Bankı (mərkəzi bank) siyasət faizini 50 baza bəndi artıraraq 3,75 faizə çatdırıb.

Banco.az xəbər verir ki, mərkəzi bankın açıqlamasında monetar sərtləşdirilmənin davam etdiyi və əsas götürülən overnayt faiz dərəcəsinin 50 baza bəndi artırılaraq 3,25 faizdən 3,75 faizə çatdırıldığı bildirib.

Ekspertlər isə bankın siyasət faizini 75 baza bəndi artıraraq 4 faizə çatdıracağını gözləyirdi.

Bankın hesabatında həmçinin dünya miqyasında inflyasiyanın yüksək və geniş əsaslı olaraq davam etdiyi vurğulanaraq ABŞ dollarının möhkəmlənməsinin bir çox ölkədə inflyasiya təzyiqlərinə səbəb olduğu qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram