Kanada BVF vasitəsilə Ukraynaya əlavə kredit ayıracaq | Banco.az

Kanada BVF vasitəsilə Ukraynaya əlavə kredit ayıracaq

Müəllif - Aida İsaq, Banco.az 

Kanada 2023-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya əlavə kredit ayıracaq. 

Banco.az xəbər verir ki, bu barədə növbəti maliyyə ili üçün hazırlanan federal büdcə layihəsində qeyd olunub. Məlumata görə, cari ildə Ukraynaya 1,76 milyard dollar məbləğində əlavə kreditin ayrılması nəzərdə tutulub. Dekabrda BVF-nin icraiyyə şurası Ukrayna iqtisadiyyatı üçün monitorinq proqramını təsdiqləyib.

Qeyd edək ki, 2022-ci ilin sonuna qədər Ukrayna Qərb ölkələrindən ümumilikdə 32,1 milyard dollar məbləğində maliyyə yardımı alıb. ABŞ və Avropa İttifaqı müvafiq olaraq 12 milyard və 8 milyard dollar məbləğində Kiyevə ən çox vəsait göndərən tərəflər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram