Kaliforniyada yanğınların vurduğu zərər 150 milyard dollara çata bilər | Banco.az

Kaliforniyada yanğınların vurduğu zərər 150 milyard dollara çata bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Kaliforniyanın cənubundakı meşə yanğınlarının vurduğu iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.

Banco.az xəbər verir ki, bu barədə “AccuWeather” konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell bildirib.

"AccuWeather” Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərər və iqtisadi itkilərlə bağlı ilkin qiymətləndirməsini 135-150 milyard dollara qədər artırıb", - o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət daha əvvəl 52-57 milyard dollar dəyərində zərər təxminlərini açıqlamışdı.

“AccuWeather” nümayəndəsinin sözlərinə görə, şirkətin meteoroloqları gələn həftə də regionda güclü küləyin və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırır.