"JPMorgan"dan texnologiya şirkətlərinin səhmlərinə dair xəbərdarlıq | Banco.az

"JPMorgan"dan texnologiya şirkətlərinin səhmlərinə dair xəbərdarlıq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” strateqləri texnoloji səhmlərdə bahalaşmanın dayanacağını proqnozlaşdırıblar.

Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq təşkilatı “JPMorgan”ın strateqləri texnologiya şirkətlərinin səhmlərdə müşahidə olunan son bahalaşmanın dayanmaq üzrə olduğunu, bununla belə, sektor səhmlərində ötən ilə nəzərən daha yaxşı dinamika qeydə alındığını dilə gətiriblər.

Mislav Matejkanın rəhbərlik etdiyi strateqlər sənayenin güclü performansının həddindən artıq endirimlə istiqraz gəlirlərində daha da azalmalara səbəb olduğuna diqqət çəkib.

Strateqlər həmçinin telekommunikasiya, kommunal xidmətlər, istehlak məhsulları və səhiyyə kimi sektorları daha yaxşı seçim kimi gördüklərini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, bu il yaşanan artımın dörddə üçünün texnologiya sektorundan qaynaqlandığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et