Müəllif: Tamara Mustafayeva, Banco.az
“JPMorgan” qızıl qiymətləri ilə bağlı rekord proqnoz verib.
Banco.az xəbər verir ki, ABŞ-ın transmilli maliyyə xidmətləri şirkəti “JPMorgan” qızıla güclü investisiya fürsəti gördüklərini və qiymətli metalın 2024-cü ilin sonuna qədər rekord səviyyələrə qalxacağını proqnozlaşdırdıqlarını açıqlayıb.
Şirkət ABŞ-dakı mümkün tənəzzül fonunda qızılı mühüm investisiya vasitəsi kimi dəyərləndirdiklərini, qiymətlərin ilin sonuna qədər 2000 dolları keçəcəyini və faiz dərəcələrinin aşağı salınması ilə 2024-cü ilə qədər rekord səviyyələrə yüksələcəyini bildirib.
Qeyd edək ki, qızılın qiyməti ötən 12 ay ərzində ABŞ-ın faiz artımı dövrünün sonuna yaxınlaşdığını göstərən əlamətlər, mərkəzi bankların alışları və təhlükəsiz liman tələbləri ilə 15% bahalaşıb. Qiymətli metal bu il mayın əvvəlində 2020-ci ildə müşahidə edilən 2075 dollarlıq rekord həddə yaxınlaşmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
