“JP Morgan” neft üçün qiymət proqnozlarını yeniləyib | Banco.az

“JP Morgan” neft üçün qiymət proqnozlarını yeniləyib

Müəllif - Aida İsaq, Banco.az

“JP Morgan” “Brent” markalı neftin 2023 və 2024-cü illər üçün qiymət proqnozlarını yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, 2023-cü il üçün “Brent” markalı neftin orta qiymət proqnozunu 90 dollardan 81 dollara endirən “JP Morgan” 2024-cü il üçün proqnozunu 98 dollardan 83 dollara endirib.

Qərbi Texas nefti üçün 2023-cü il proqnozunu 84 dollardan 76 dollara endirən “JP Morgan” 2024-cü il üçün orta qiymət proqnozunu 94 dollardan 79 dollara qədər yenidən nəzərdən keçirdi.

“JP Morgan” 2023-cü ildə qlobal neft tədarükünün 2,2 milyon barel artacağını proqnozlaşdırsa da, tələb artımının 1,6 milyon barel səviyyəsində qalacağını qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram