Jerar Pikenin vergi cəzası qüvvəyə minib | Banco.az

Jerar Pikenin vergi cəzası qüvvəyə minib

"Barselona" futbol komandasının oyunçusu Jerar Pikenin adı bu dəfə vergi qalmaqalına görə gündəmə gəlib. İspaniya Milli Məhkəməsi imic gəlirlərini gizləməklə əskik vergi ödədiyinə görə Mərkəzi İnzibati-İqtisad Məhkəməsi tərəfindən verilmiş 2,1 milyon avro məbləğində pul cəzası ilə bağlı J.Pikenin etirazını rədd edib. Milli Məhkəmə futbolçunun 2008, 2009 və 2010-cu illərdə əldə etdiyi imic gəlirlərindən vergi yayındırmaq üçün 2006-cı ildə təsis etdiyi "Kerad Project" adlı şirkətdən istifadə etdiyini təsdiqləyib. Qeyd edək ki, Pikenin həyat yoldaşı və iki övladının anası kolumbiyalı müğənni Şakira da İspaniyada 14,5 milyon avro vergi yayındırmaqda ittiham edilir.

Ən sərfəli kredit üçün müraciət et

İspaniyanın maliyyə nəzarəti orqanları futbolçuların hesablarını ciddi nəzarətə götürüb. İndiyə qədər vergi qaçaqçılığına görə Lionel Messi, Kriştianu Ronaldu, Radamel Falkao, Angel Di Maria, Xavier Maşerano, Marcelo, Neymar, Fabio Koentrao, Ceymz Rodriqez, Luka Modriç ve Aleksis Sançez kimi dünyanın məşhur futbolçularına cəzalar verilib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et