Jack Ma döyüş filmində çəkilib | Banco.az

Jack Ma döyüş filmində çəkilib

“Alibaba Group”un qurucusu  Jack Ma qısametrajlı 'Gong shou dao' («Döyüş sənətlərinin qoruyucusu») filmində baş rolda çıxış edib.

Film 2017-ci il, Noyabrın 11-də, Çinin subaylar günündə işıq üzü görüb, həmin gün Çində kütləvi satışlar gerçəkləşir.

Filmin prodüseri döyüş səhnələrinin məşhur aktyoru Cet Lidir, Ma Li ilə 2007-ci ildən bəri tanışdır. Rollarda məşhur aktorlar və döyüş ustaları – Donni Yen, Ceki Bu, Toni Ca, boks üzrə olimpiya çempionu  Tszou Şimin, həmçinin dünyada ali yokodzuna dərəcəsinə nail olmuş ilk monqolustanlı sumo güləşçisi  - Asasyoryu Akinori çıxış etmişlər.

Ən sərfəli kredit üçün müraciət et

Süjetə əsasən, Jack Ma yol ilə gedir və otların üzərində müqəddəs Xuaşan dağının adını görür. O gözlərini yumur və birdən-birə növbə ilə müxtəlif döyüşçülər ilə savaşmalı olduğu aləmə qərq olur. 

Treylerin sonunda isə məşhur aktyor jason Statham, boksçu Menni Pakyao peyda olur və Maya meydan oxuyur, bu onlar arasında baş verə biləcək gələcək döyüşlərə işarədir. 

Ən sərfəli krediti almaq üçün müraciət et