İyunda valyuta hərraclarında satılmış dolların məbləği açıqlandı | Banco.az

İyunda valyuta hərraclarında satılmış dolların məbləği açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı barədə açıqlama yayıb.

Fond tərəfindən 2019-cu ilin iyun ayı ərzində 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə "Marja"ya Fonddan bildirilib.

Müqayisə üçün qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin may ayı ərzində 352,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

2019-cu ildə hərraclarda valyuta satışı, ABŞ dolları ilə

Aylar

Miqdar

Yanvar

634,9 milyon

Fevral

316,2 milyon

Mart

600,5 milyon

Aprel

423,7 milyon

May

352,4 milyon

İyun

315,9 milyon

Marja