IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək | Banco.az

IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Azərbaycan Banklar Assosiasiyasıtəşkilatçılığı vəAzərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzininvə digər dövlət qurumlarının dəstəyi ilə 06-07 noyabr 2019-cu il tarixlərində ənənəvi “IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU - NAĞDSIZ İQTİSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı tədbir keçiriləcək.

29 oktyabr – 08 noyabr 2019-cu il tarixlərini əhatə edən “Nağdsız cəmiyyət günləri”çərçivəsində keçirilən buForumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum altı Paneldən ibarət olmaqla, “Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar”, “Bankçılıq – rəqəmsallaşmaya doğru”, “Bankçılığın transformasiyasının müxtəlif tərəfləri”, “Yeni ödəniş dünyası”, “Komplayns və tənzimləmə riskləri”, “Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” mözvularını əhatə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Forumda dövlət qurumlarının, kommersiya banklarının yuxarı menecmentinin, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.

İştirakçılar və spikerlər arasında “Mastercard”, “Cross”, “Oracle”, “BS/2”, Zolotaya Korona”, “Tieto”, “Group-IB”, “Solanteq”, “Dell”, “Commerzbank”, “Terrasoft”, “PayPorter”, “ihs Teknoloji”, EFSE”, “Wallyt”, “S&P Global Ratings”, “Pafilia”, “Spektr Centre for Research and Development”, “Simbrella”, “Diebold Nixdorf”, “Polish Bank Association”, “RDTEX”, “FICO Tonbeller”, “Qulix”, “IDNT”, “Adecco” və s. kimi nüfuzlu maliyyə-texnologiya və digər şirkətlərinin nümayəndələri də var.

Forumun saytına keçid edərək məruzəçilər və digər məlumatlarla tanış olmaq olar:

(https://www.gbmevents.az/az/event/dorduncu-beynelxalq-bankciliq-forumu).

Ən sərfəli krediti almaq üçün müraciət et