İtaliyada gənclərə biznes üçün vergi güzəşti təklif edilib | Banco.az

İtaliyada gənclərə biznes üçün vergi güzəşti təklif edilib

“İrəli, İtaliya” partiyasının rəhbəri, ölkənin keçmiş baş naziri Silvio Berluskoni bildirib ki, gənc vətəndaşları daimi əsasda işə götürən şirkətləri üç il müddətinə bütün vergilərdən azad etmək lazımdır. Hazırda İtaliyada gənclər arasında işsizlik problemi ölkə iqtisadiyyatının ən aktual məsələlərindən biri hesab edilir. Yaşı 35-ə çatmamış vətəndaşların 30 faizinin daimi işi yoxdur. Berluskoni belə hesab edir ki, gənclərin daimi işə cəlb edilməsi üçün şirkətləri iqtisadi baxımdan maraqlandırmaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et