İtaliyada bütün mağazalar BAĞLANDI | Banco.az

İtaliyada bütün mağazalar BAĞLANDI

Dünyada böyük narahatçılıq yaradan korona virusu xüsusilə İtaliyada sürətlə yayılmaqda davam edir. Getdikcə can almağa davam edən virusun qarşısını almaq üçün ölkədə müxtəlif tədbirlər həyata keçirilməyə başlanıb.

Banco.az xəbər verir ki, futbol liqası tətilindən sonra ölkənin baş naziri Cuzeppe Konte yeni tədbirlər planını açıqlayıb. Belə ki, ölkə daxilində aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün mağazaların bağlanmasına qərar verilib.

Bundan başqa istehsal və iqtisadiyyat üçün vacib olmayan bütün şirkət şöbələrinin də işlərinin dayandırılması nəzərdə tutulub. Müştərilərinə 1 metr məsafə tətbiq etməyən restoranların da bağlanacağı vurğulanır.

Ən sərfəli kredit üçün müraciət et

Ölümcül virusun ən çox ziyan vurduğu ölkələrdən biri olan İtaliyada bu günə qədər 12.462 insan virusa yoluxub. Bu insanların 827-si həyatla vidalaşmalı olub. Həyat itkisi o qədər yüksək səviyyəyə çatıb ki, İtaliya hökuməti hər gün yeni tədbirlərə əl atır. Konte, epidemiya səbəbiylə çətin anlar yaşayan ailə, iş və səhiyyə sektoruna 25 milyard avro ayırdıqlarını qeyd edib. 

Aida İsaq, Banco.az