İtaliya şirkətlərinin Rusiya bazarını tərk etmək planı yoxdur | Banco.az

İtaliya şirkətlərinin Rusiya bazarını tərk etmək planı yoxdur

Müəllif - Aida İsaq, Banco.az

İtaliya şirkətlərinin Rusiya bazarını tərk etmək planı yoxdur. 

Banco.az xəbər verir ki, bu barədə Rusiyadakı İtalyan Sahibkarlar Assosiasiyasının prezidenti Vittorio Torrembini bildirib. Onun sözlərinə görə, neft-qaz sektorunun şirkətləri istisna olmaqla, digər qurumlar fəaliyyətini davam etdirir. Assosiasiya rəhbəri Rusiyanın böyük bazar olduğunu, onun geosiyasi və geoiqtisadi əhəmiyyətə sahib olduğunu vurğulayıb. 

Bununla yanaşı, o, Rusiyada bir sıra sənaye sahələrinə, o cümlədən tikinti materialları və qida istehsalına investisiya yatırmağı planlaşdıran bir neçə şirkətin olduğunu qeyd edib.

Qeyd edək ki, Rusiyada iri, orta və kiçik biznesdən ibarət yüzdən çox italyan müəssisəsi fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram