Müəllif: Gülnar Əhmədli, Banco.az
İtaliya bu ilin yanvar-fevral aylarnda Azərbaycandan 1 milyard 32 milyon 904 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 124 milyon 570 min dollar və ya 10,8% azdır.
Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 10,1% azalaraq 1 milyon 628 min ton olub.
Qeyd edək ki, bu dövrdə İtaliya Azərbaycanın əsas neft alıcısı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!