İtaliya Azərbaycandan neft idxalını 6%-dək artırıb | Banco.az

İtaliya Azərbaycandan neft idxalını 6%-dək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya 4 milyard 986 milyon dollar dəyərində 7 milyon 985 min ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 687 milyon dollar və ya 12,1% azalıb.

İtaliyaya neft ixracının həcmi isə ötən ilin ilk 9 ayına nisbətdə 5,6% artıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İtaliyaya 7,5 milyon ton neft satıb. 

Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram