İtaliya Avro Zonasından çıxmayacaq | Banco.az

İtaliya Avro Zonasından çıxmayacaq

İtaliyanın borc böhranı bazarları məşğul etməkdə davam edir. Ümumi borcu 2,67 trilyon dollara çatmasına baxmayaraq, İtaliya hökuməti ötən günlərdə büdcə kəsirini daha da artıran layihə hazırlayıb. Hazırlanan bu layihəyə Avropa Birliyindən (AB) sərt reaksiya verilib. Eyni zamanda, Avropanın ən böyük üçüncü iqtisadiyyatının Avro Bölgəsində qalıb-qalmayacağı barədə suallar artıb.

İtaliya hökumətindəki "Şimal İttifaqı" və "5-Ulduz Hərəkatı" partiyalarının liderləri bu gün etdiyi açıqlamada, Avro Zonadan çıxmaq kimi bir niyyətlərinin olmadığını bildiriblər.

Ancaq liderlər, AB ilə qarşıdurmaya səbəb olan və "Moody's"in  ölkənin kredit reytinqini aşağı salmasına əsas kimi göstərdiyi büdcə layihəsinə sadiq qalacaqlarını vurğulayıblar.

İtaliya hökumətinin, büdcə layihəsini tənqid edən Avropa Komissiyasına da bazar ertəsi günü bir məktubla cavab verməsi gözlənilir.

BORC BATAQLIĞINDADIR

İtaliyanın ümumi borcu 2,67 trilyon dollara çatmış vəziyyətdədir. Yunanıstandan sonra AB-də ən çox dövlət borcu olan ölkənin borcunu AB qanunlarına görə azaltması lazımdır. Yunanıstanın dövlət borcu ümumi daxili məhsulunun 180%-i, İtaliyanın borcu isə 130% səviyyələrindədir.

Ən sərfəli kredit üçün müraciət et

 "İTALİYA AVRODAN ÇIXA BİLƏR"

 Almaniyanın IFO İnstitutunun rəhbəri Hans-Verner Sinin, may ayında yazdığı bir məqalədə, İtaliyanın yaşadığı siyasi və iqtisadi böhranlara görə ölkənin borclarını verməyəcək vəziyyətdə olduğunu və ölkədə siyasi qeyri- sabitliyə görə yaşanılan böhranın nəticəsində Avrodan çıxacağını iddia etmişdi.

 Sinin, İtaliyanın xarici borclarını ödəməsi üçün qənaət islahatlarını yerinə yetirməsi lazım olduğunu qeyd etmiş, əks təqdirdə, iflasa gedəcəyini və İtaliyada meydana gələn bir böhranın Avropa Birliyinə də ciddi mənada təsir edəcəyini qeyd etmişdi.

 MOODY'S İTALİYANIN KREDİT NOTUNU SALDI

 Digər tərəfdən beynəlxalq kredit reytinqi agentliyi "Moody's", İtaliyanın kredit reytinqini "Baa2"dən "Baa3" ə endirib. Buna səbəb kimi, İtaliyanın növbəti illə üçün nəzərdə tutulan büdcə kəsirinin yüksək olması göstərilib. 

marja.az