Avro Zonada illik inflyasiya 2% - i keçib | Banco.az

Avro Zonada illik inflyasiya 2% - i keçib

Avro Zonada avqust ayı üzrə 2% - lik inflyasiya göstəricisi ötən ay 2.1% - ə yüksəlib.

Avropa Statistika Ofisinin (Eurostat) yayımladığı son məlumata əsasən, 19 üzvü olan Avro Zonasında avqust ayında 2% olan illik inflyasiya göstəricisi, sentyabr ayında 2.1% - ə yüksəlib. Zonada sentyabr ayı üzrə yekun illik nüvə inflyasiyası isə 0.9% artım göstərib.

Avro Zonasında sentyabr ayı üzrə inflyasiyanın əsas komponentlərinə baxdıqda görünür ki, illik inflyasiya 9.5% ilə ən çox enerji sektorunda reallaşıb. Enerji sektorunu 2.6% ilə qida, spirtli içkilər və tütün məmulatları, 1.3% ilə xidmət sektoru və 0.3% ilə enerji istisna olmaqla sənaye məhsulları sektoru izləyib. Enerji istisna edildikdə isə illik inflyasiya 1.3% olaraq qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Avropa İttifaqı ölkələrində inflyasiya 14 ölkədə artıb, 9 ölkədə azalıb.

Həmçinin oxu: Avro Zonasında iqtisadi inam sentyabr ayında geriləyib

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et