İsveçrənin brend saatlar istehsalçısı olan Tag Heuer ödəniş vasitəsi kimi kriptovalyuta qəbul etdiyini elan etdi. Şirkətin twitter hesabında verdiyi məlumata əsasən kripto ödənişlər üzrə operator olan BitPay ilə əməkdaşlıq sayəsində saatları BTC, ETH, SHIB, DOGE, BCH, LTC, DAI, WBTC, XRP, GUSD, USDP, BUSD, USDC ilə almaq olar. Ödənişlər ilkin mərhələdə yalnız ABŞ vətəndaşları üçün mükün olacaq və maksimal alış limiti 10.000 dollar müəyyən edilib.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!