Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə İsveçrənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 326 milyon 378 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 5,1 dəfə və ya 261 milyon 982 min dollar çoxdur.
Qeyd edək ki, 2024-cü ildə bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 64 milyon 396 min dollar təşkil edirdi.
Ötən il Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda İsveçrənin payı 4,9%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
