İsveçrə Rusiyanın 318 milyon dollarlıq aktivlərini blokdan çıxarıb | Banco.az

İsveçrə Rusiyanın 318 milyon dollarlıq aktivlərini blokdan çıxarıb

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçrə Rusiyaya məxsus ümumilikdə 318 milyon dollarlıq aktivlərin dondurulması ilə bağlı qərarını ləğv edib.

Banco.az xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi məlumat yayıb.

“Əvvəllər ehtiyat tədbirləri ilə dondurulmuş 140 milyon İsveçrə frankı (təxminən 153 milyon dollar) dəyərində aktivlər, onların dondurulması üçün hüquqi əsasların təmin edilmədiyi təhqiqat nəticəsində blokdan çıxarılıb”, - məlumatda qeyd edilib.

Bundan əlavə, Rusiyanın bloklanmış aktivlərinin ümumi məbləği 150 milyon İsveçrə frankı (təxminən 165 milyon ABŞ dolları) azalıb, çünki konfederasiyanın hədəf aldığı bir sıra şəxslər Aİ-nin sanksiya siyahılarından çıxarılıb.

Qeyd edək ki, bir qədər əvvəl İsveçrə Xalq Partiyası ölkənin Rusiyaya məhdudiyyətlərin tətbiqində iştirak edən “REPO” (Russian Elites, Proxies and Oligarchs) qrupunun tərkibindən çıxarılmasını tələb edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et