Müəllif:Mehin Qasımova,Banco.az
Avropadakı siyasi qeyri-müəyyənlik və qlobal risklər investorları təhlükəsiz sığınacaq hesab edilən İsveçrə frankına sövq edir.
Banco.az xəbər verir ki, İsveçrə frankı bu gün avro qarşısında dəyər qazanaraq 2015-ci ilin yanvarında görülən son zirvəsinə yaxınlaşdı.
Avro/frank cütlüyü 2015-ci ilin pik nöqtəsinə yaxınlaşaraq 0,9215-ə düşüb. İsveçrənin ticarət profisiti sentyabrda 4 milyard franka yüksəldi.
Fransadakı siyasi qeyri-müəyyənlik, Rusiya ilə davam edən gərginlik və Çinlə ticarətlə bağlı qeyri-müəyyənlik investorları avrodan təhlükəsiz liman İsveçrə frankına doğru sürükləyir.
Avro bu səhər 0,1 faiz ucuzlaşaraq 0,9215-ə düşüb və hazırda 0,9217 səviyyəsində ticarət olunur.
Qeyd edək ki, 0.92-dən aşağı səviyyə 2015-ci ilin yanvarında sınaqdan keçirilmişdir.
Avro ayın əvvəlindən İsveçrə frankı qarşısında 1,38 faiz, ilin əvvəlindən isə 1,96 faiz zəifləyib.