İsveçrə bankları Çindən olan müştərilərini itirir | Banco.az

İsveçrə bankları Çindən olan müştərilərini itirir

Müəllif - Aida İsaq, Banco.az

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar İsveçrənin bankçılıq nəhənglərinin Çindən olan zəngin müştərilərini narahat edib. 

Banco.az xəbər verir ki, İsveçrənin "neytral" qalmaq statusundan imtina etməsi yüzlərlə müştərinin hesab açmaq istəyindən imtina etməsinə səbəb olub. Belə ki, müştərilər vəsaitlərinin təhlükəsizliyinə əmin olmadıqları üçün bu addımı atmaqdan çəkiniblər. Bank nümayəndələri isə mövcud vəziyyətin onların biznesinin inkişafını ləngidə biləcəyindən şikayətlənib. 

Qeyd edək ki, İsveçrə sakinlərinin təxminən yarısı (49%) dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinin tərəfdarı olduğu halda, respondentlərin 46%-i bunun əleyhinə səs verib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram