İsveçli şirkət 8 min işçini ixtisar etməyi planlaşdırır | Banco.az

İsveçli şirkət 8 min işçini ixtisar etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçin “Autoliv” şirkəti 8 min işçini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, dünyanın aparıcı təhlükəsizlik kəmərləri və təhlükəsizlik yastıqları istehsalçısı olan İsveçin “Autoliv” şirkəti artan xərclər səbəbindən Avropada bir çox fabrikini bağlamaq və 8 minə yaxın işçisini ixtisar etmək qərarına gəlib.

Şirkətdən edilən açıqlamaya görə, xüsusilə Avropada xərcləri azaltmaq üçün 2025-ci ilə qədər 8 min personalın işdən çıxarılacağı bildirilib.

Həmçinin qeyd olunub ki, sözügedən ixtisarlar isveçli şirkətin işçi qüvvəsinin 11 faizinə təsadüf edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Autoliv”in 27 ölkədə təxminən 70 min əməkdaşı var. Şirkətin 2022-ci ildə satışları 8,8 milyard dollar olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et