Müəllif - Aida İsaq, Banco.az
İsveçdə 2027-ci ilə qədər elektrik enerjisi sektorunda qıtlıq yarana bilər.
Banco.az xəbər verir ki, bu barədə milli elektrik şəbəkəsi operatoru “Svenska” şirkətinin nümayəndəsi Matias Jonsson bildirib. O, ölkəsində elektrik enerjisinə tələbatın istehsalla müqayisədə qat-qat sürətlə artdığını qeyd edib. Bu isə, 2027-ci ilə qədər İsveçdə elektrik enerjisi qıtlığının yaranmasına səbəb ola bilər.
Şirkət 2027-ci ilə qədər ölkədə elektrik enerjisi istehsalının 17 TVt/saat, elektrik enerjisi istehlakının isə 44 TVt/saat artacağını proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!