İsveç Venesuelada müstəqil mediaya 930 min dollar ayıracaq | Banco.az

İsveç Venesuelada müstəqil mediaya 930 min dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

İsveç hökuməti Venesuelada söz və mətbuat azadlığına, eləcə də müstəqil mətbuata 10 milyon kron (930 min ABŞ dolları) məbləğində maliyyə dəstəyi göstərəcək.

Banco.az xəbər verir ki, bu barədə hökumət dəftərxanası məlumat yayıb.

Bildirilib ki, bu addımın məqsədi azad seçkilərin keçirilməsi üçün zəmin yaradılmasıdır.

"Biz bu dəstəklə müstəqil jurnalistlərə ölkədə vəziyyətin inkişafı barədə məlumat verməkdə və vətəndaş hüquq və azadlıqlarına qoyulan məhdudiyyətləri sənədləşdirməkdə kömək etmək istəyirik", - xarici ticarət və beynəlxalq əməkdaşlıq naziri Yohan Forssell qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram