İsveç Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb | Banco.az

İsveç Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveç Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb.

Banco.az xəbər verir ki, İsveç Mərkəzi Bankı (Riksbank) proqnozlara uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi azaldıb.

Faiz dərəcəsini 2.50 səviyyəsini endirən Riksbank, "növbəti endirimlərə ehtiyac olub-olmadığını diqqətlə qiymətləndirəcəyini" bəyan edib.

Qeyd edək ki, “Bloomberg” nəşrinin sorğusunda iştirak edən 18 iqtisadçıdan yalnız biri dərəcələrin dəyişməz qalacağını, digərləri isə azalma proqnozlaşdırmışdı.

Riksbank səlahiyyətliləri, "Perspektivlər dəyişməz qalarsa, uçot dərəcəsi 2025-ci ilin ilk yarısında bir daha azaldıla bilər", deyə açıqlama veriblər.

Ən sərfəli kredit üçün müraciət et

Riksbank-ın bu addımı bir sıra digər mərkəzi bankların faiz dərəcəsi qərarlarını açıqladığı, həm ABŞ Federal Ehtiyat Sisteminin (FED), həm də Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini azaltmağa qərar verdiyi bir dövrə təsadüf edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram