"İstiqrazlar bank depozitlərindən daha sərfəlidir" | Banco.az

"İstiqrazlar bank depozitlərindən daha sərfəlidir"

Müəllif - Aida İsaq, Banco.az

“Otkritie Management Company”nin idarəedici direktoru Vasili İvanov investorlara bank depozitlərinin əvəzində istiqrazlara yatırım etməyi tövsiyə edib.

Banco.az xəbər verir ki, ekspertin fikrincə, istiqrazlar uzunmüddətli investorlara əlavə pul qazanmağa, həmçinin sabit gəliri təmin edən və ya inflyasiya ilə indeksləşdirilmiş qiymətli kağızları seçməyə şərait yaradır. Qısamüddətli yatırım edən investorlar da öz növbəsində risk faktorlarını yaxından izləməlidir. Ekspert qeyd edir ki, onların gəlirləri qısa müddətdə maliyyə cəlb edən emitentlər tərəfindən təmin edilir. Maliyyəçi hazırda orta risk səviyyəsinə malik emitentlər üçün bazarda illik gəliri 10-11% olaraq qiymətləndirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram