"İstilik əhaliyə maya dəyərindən ucuz satılır" | Banco.az

"İstilik əhaliyə maya dəyərindən ucuz satılır"

“Azərbaycanda əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. Bu da xidmətin sosial əhəmiyyəti ilə əlaqədardır".

Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini Ilham Mirzəliyev deyib.

O, ölkədə istilik tariflərinin artırılması ehtimalına da münasibət bildirib: “İstiliyin maya dəyəri ilə bağlə mütəmadi hesablamalar aparılır, amma bu, tariflərin artırılacağı ilə başa düşülməməlidir”.

İ.Mirzəliyev təmsil etdiyi qurumun özəlləşdirilməsinə məsələsinə də aydınlıq gətirib: “Heç bir biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

Ən sərfəli kredit üçün müraciət et

Yığım səviyyəsi 90-100% civarındadır

İlham Mirzəliyev, “Hazırda Azərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi əhali abunəçiləri üzrə 90%, kommersiya müəssisələri üzrə isə 100%-dir” deyərək sözlərinə belə davam edib:

“Bu gün istilik sistemi elə qurulub ki, istilik xəttləri bir evdən digər evə keçir və buna görə də borclu abunəçilərin istilik təchizatını dayandıra bilmirik. Bunu yalnız məhkəmə yolu ilə edə bilirik”.

Report.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et