Zəmanəmizin ən məşhur investoru Warren Buffetin əla bir prinsipi var: “Digərləri tamahkarlıq edəndə qorxun, digərləri qorxanda tamahkarlıq edin”. Vəsaitlərin investisiya edilməsinə gələndə, qorxu və tamahkarlıq – iki ən təhlükəli emosiyadır.
Təcrübəli treyderlərin verdiyi əsas məsləhət – izn verməyin ki, hisləriniz sizi idarə etsin. Məşhur maliyyə konsultantı Vladimir Savenok iki gerçək nümunə üzərində sizin yığımlarınız üçün ən çox təhlükə daşıyan iki emosiyadan danışıb.
Bu sadə gerçək hər kəsə məlumdur, amma yalnız tək-tük insan praktikada səhvə yol veməz. Əksər insan tamamı ilə bu qaydaya zidd hərəkət edər. Sizə nümunə olaraq çəkəcəyimiz iki misalla, bu emosional davranışların yalnız itkiyə səbəb olacağını aydın görəcəksiniz.
Tamahkar Anatoliy
2010-ci il. Qızılın qiyməti son 9 il ərzində yüksəlir. KİV-də qızıl haqqında yazıların sayı pik həddə çatır – “bu, qiyməti hər zaman artacaq bir alətdir” – deyilir.
Daima analitik və işgüzar hesabatları oxuyan Anatoliy səbirsiz davranır və Noyabrda bir troyan unsiyası 1420 dollara olan qızıl alır. Tamahkarlıq öz işini görür. 2011-ci ilin Noyabrında qızılın qiyməti bir troyan unsiyası 100 dollara olur (1 ildən az müddətdə 27% artım) və Anatoliy öz protfelinə daha çox qızıl alır.
2013-cü ilin aprelinə qədər o, bazarı müşahidə edir və ümid edir ki qızılın qiyməti düzələcək. Amma qiymət ilk alışdan da (1400 dollar) aşağı düşəndə, Anatoliy sahib olduğu bütün qızılı satır.
Qorxmuş Serqey
2009-cu il. Il yarım ərzində ABŞ-ın fond bazarı (S&P 500 indeksi) 565 enib. Bu indeksi 2005-ci ildə alan Serqey üçün, bu əsl şoka çevrilir – 4 ilin bu gəliri buxarlanır. Bundan əlavə investisiyalar 30% mənfiyə keçib. Sergey deyir ki, "həmin anda barmağı artıq “satış” əmrini daxil etmək üçün klaviaturanın “enter” düyməsinin üzərində dayanmışdı. Belə anlarda insana elə gəlir ki, bazar heç zaman enişini dayandırmayacaq. KİV-də Amerikanın və dünyanın bəzi ölkələrinin çökməsi ilə bağlı xəbərlər öz işini görür – Sergey səhmləri satır və $35 800 dollar həcmində zərərə uğrayır.
Bu gün harada qorxu və tamah hök sürür?
Biznes–maliyyədən yazan mətbuatdakı başlıqları izləməklə siz bunu özünüz də müəyyən edə bilərsiniz. “Tamah” kateqoriyasında birinciliyə ilk namizəd kriptovalyuta bazarıdır. Yeni valyutanın müstəsna xüsusiyyətləri və onun gələcək artımı ilə bağlı məlumatlar həddindən artı çoxdur. Bu isə insanlarda müvafiq - tamahkarlıq emosiyasını oyadır.
Ikinci namizəd – korporativ istiqrazlar bazarıdır. Bu bazar 10 ildir ki, heç bir fundamental səbəb olmadn böyüyür. Həmçinin yüksək gəlirli istiqrazlar almaq istəyənlərin də sayı artır.
Qorxu isə hələ ki gözə dəymir – heç bir bazar (səhm, istiqraz, qızıl və s) hələ ki düşmür. Amma bu müvvəqətidir – qorxu haradasa gizlənib.