İstehlak kreditlərinin faizləri necə dəyişib? | Banco.az

İstehlak kreditlərinin faizləri necə dəyişib?

Kreditlərin istehlak və biznes krediti növləri var ki, bunlardan da istehlak kreditləri üstünlük təşkil edir. Həmçinin banklar bu kreditləri həm milli valyutada, həm dollar, həm də avro ilə verir. Ölkəmizdə ödəniş vasitəsinin manat olması bu valyutada olan kreditlərin daha çox olmasına səbəb olur.

Həmçinin bax: Ən sərfəli biznes krediti verən banklar - ARAŞDIRMA

İstehlak kreditlərinin də bir neçə növü var ki, valyutadan və kreditə olan tələbdən asılı olaraq kredit faizləri dəyişir. İstehlak kreditləri arasında ortalama ən yüksək faiz dərəcəsi məişət əşyalarının alınması zamanı istifadə olunun kreditlərdir. BU məqsədlə götürülən kreditlərin orta faizi 24% olub. Əvvəlki rübə nisbətən bu göstərici 1% artıb. Dollarla götürülən bu kreditlər isə iyunda 13% olsa da, sentyabrda 2% azalıb. Bu növ kreditlərə avro ilə isə heç bir tələb yoxdur.

Həmçinin bax: Ən sərfəli nağd kredit verən banklar hansılardır?

Növbəti yüksək faiz dərəcələri kredit kartları ilə əldə olunan kreditlərə tətbiq olunur. Banklar kredit kartları ilə verdiyi kreditləri ortalama 23%-lə müştəriyə verir. Bu faiz manat valyutasında götürülən kreditlərin faizidir və ikinci rübə nəzərən bu faizdə heç bir dəyişiklik olmayıb. Bu kredit növündə kredit faizləri avroda (15%) dollara (11%) nisbətən daha yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bax: Kredit almaq üçün minimum nə qədər maaşımız olmalıdır?

Ən aşağı faizlər isə avtomobil kreditlərindədir. Sentyabrda bu kreditlərin orta faizi iyuna nisbətən 1% azalaraq 19% olub. Bu azalma həm dollarla olan kreditlərdə də özünü göstərib.

Təmir kreditlərinin faiz drəcəsində isə manatla olan kreditlərdə azalma olduğu halda, dollarla olan kreditlərin faizi stabil olaraq qalıb.

Həmçinin bax: Təmir krediti verən banklar - ARAŞDIRMA

 

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et